İQNA, Qırğızıstandan xəbər verir ki, bu məscid Mərkəzi Asiyanın ən böyük məscidlərindən birinə çevriləcək. Onun strukturu 1995-ci ildə tikilmiş keçmiş Mərkəzi məscidin yerində himayəçilər hesabına Moskva və Qoqol küçələrinin kəsişməsində tikilməlidir.
Qırğızıstan Müftiliyinin (Müsəlman Dini İdarəsi) media şöbəsi bildirib ki, bəzən qışın soyuğunda yer çatışmazlığı səbəbindən ibadət edənlər məscidin çölündə qalırlar. Bunu nəzərə alaraq, qırğız səbkinə uyğun və yeraltı dayanacağı olan müasir məscid tikmək qərarına gəldik. Gələn ay ərzində tikməyi planlaşdırırıq.
Tikilməkdə olan bu məscidin yaxınlığında 1944-cü ildə tikilmiş daha bir məscid var. Bu, tarixi bir binadır ki, sökülməyəcək və muzeyə çevriləcək.