Avropa Birliyinin 13 ölkəsi və digər 5 Avropa ölkəsinin birgə əməkdaşlığı ilə keçirilən məliyyat nəticəsində İŞİD, əl-Qaidə və digər terror təşkilatlarının üzvlərinə fərdi terror əməliyyatlarını həyata keçirməyi, silah və partlayıcı düzəltməyi öyrədən saytlar bağlanıb və bu saytların təlim materialları məhv edilib.
Bu saytlar Avropa ölkələrində terrorçu qruplaşmaların tərkibinə girmədən terror əməliyyatları həyata keçirən terrorçu hazırlayırmışlar. Həmin terrorçulara Avropada "yalqız canavarlar" deyilirmiş.
İtaliya polisi elan edib ki, terrorizmi yayan saytların bağlanması və onların yaydığı materialların məhv edilməsi üçün hazırlanmış bu əməliyyat Avropanın Terrorizmlə Mübarizə Mərkəzinin (ECTC) rəhbərliyi və 13-ü AB-nin üzvü olmaqla 18 ölkənin iştirakı ilə həyata keçirilib. /3908644