IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Səhərtv-yə istinadla xəbər verir ki, Ərəbistan səhiyyə nazirliyi dünən bildirib ki, ötən sutka ərzində bu ölkədə 3 min 943 yeni yoluxma halının qeydə alınması ilə Ərəbistanda koronavirusa yoluxanların sayı 186 min 436 nəfərə çatıbdır.
Nazirlik Ərəbistanda koronavirusdan ölənlərin sayını da 1599 nəfər elan edibdir ki, bu rəqəm nazirliyin bazargünkü statistikası ilə müqayisədə 48 nəfərlik artımdan xəbər verir.
Ekspertlər Ərəbistanda koronavirusla bağlı yoluxma və ölüm hallarının miqdarını bu ölkənin səhiyyə nazirliyi tərəfindən təqdim olunan statistikalardan qat-qat yuxarı hesab edirlər.