IQNA

Lissabon Böyük Məscidi: "İslam və Avropa mədəniyyəti arasında körpü"

5:03 - March 24, 2024
Xəbər sayı: 3495678
İQNA - Lissabon Böyük Məscidi Portuqaliyanın paytaxtının ən mühüm İslam mərkəzi və 1985-ci ildə açılmış Avropanın ən böyük məscidlərindən biridir.

"İQNA", "Mask Pedia"-ya istinadən xəbər verir ki, Portuqaliyanın Lissabon Böyük Məscidi və İslam Mədəniyyət Mərkəzi (Mesquita Central de Lisboa) bu ölkədə və Avropada üçüncü ən böyük məsciddir.

Avropanın ən gözəl məscidi indi İslamın tanıtıldığı, xeyriyyə və humanitar fəaliyyətlərin həyata keçirildiyi məkana çevrilib.

Portuqaliyada müsəlmanların sayı artdıqca bu məscidin tikintisinə 1978-ci ildə icazə verilib. Məscid iki portuqal memar Antonio Maria Braga və Joao Paulo Conceiçao tərəfindən layihələndirilib və tikintisi 1985-ci ildə başa çatıb.

Lissabon məscidinin dizayn edəni ənənəvi Portuqaliya memarlığının elementlərini İslam bəzəkləri ilə birləşdirərək ona fərqli görkəm verib. Bu, müasir İslam memarlığının unikal modelidir. Bu İslam mərkəzində ərəb və dini təhsil verən məktəb və kitabxana da var.

Bu məscid mavi mərmərdən hazırlanmış unikal dizaynlı əsas girişi, Quran ayələri və İslam yazıları ilə insanları qarşılayır. Onun mehrabı mərmərdən, kitabələri İslam xəttatlığı ilə yazılmış, xarici və daxili divarları qırmızı kərpicdən hörülmüşdür.

Məscidin daxili həyətində göy yarımqübbəli çoxlu mərmər sütunlar və həyətə baxan İslam sənəti ilə bəzədilmiş çoxlu taxta pəncərələr var. Bundan əlavə, Səudiyyə Ərəbistanının hədiyyə etdiyi nadir antik Kəbə örtüyü də bu məkanda yerləşir.

Lissabon məscidi təkcə Portuqaliya müsəlmanlarının ibadət yeri deyil, həm də Portuqaliya müsəlmanları üçün görkəmli mədəni və sosial mərkəzdir. O, islami dəyərlərin təbliğində böyük rol oynayır.

Məscid yer məhdudluğu və çoxlu sayda ibadət edən kimi çətinliklərlə üzləşsə də, ərəb və Qərb sivilizasiyaları arasında mədəni körpü rolunu oynayır.

Ramazan və Qurban bayramlarında məsciddə izdiham artır və uşaqlara xüsusi hədiyyələr verilir.

Bu məscid həm də hər il Portuqaliyada minlərlə ehtiyacı olan insana ərzaq və maddi yardım edir.

4206518

captcha