IQNA

Fransalı müsəlman futbolçu oruc tutmaqda israr etdikdən sonra düşərgədən uzaqlaşdırılıb

5:12 - March 23, 2024
Xəbər sayı: 3495674
İQNA - Fransanın gənclərdən ibarət milli komandasının futbolçusu Məhəmməd Diavara oruc tutmaqda israr etdiyi üçün komandanın düşərgəsindən uzaqlaşdırılıb.

"İQNA", "Əl-Dəstur" saytına istinadən xəbər verir ki, Fransa Federasiyası milli komandaların məşqçilərindən Ramazan ayında oruc tutmaqda israrlı olan 21 yaşdan aşağı futbolçuların düşərgəyə dəvət edilməməsini və adlarının çıxarılmasını istəyib.

Bu ədalətsiz qərara və aşkar ayrı-seçkiliyə görə "Lion"un futbolçusu Məhəmməd Diawara dəvət almasına baxmayaraq 19 yaşadək futbolçulardan ibarət komandadan kənarlaşdırılıb.

Fransa Futbol Federasiyası və klubunun tələblərinə baxmayaraq, bu gənc futbolçu son 9 gündə oruc tutmaqda israr edib.

Fransa Futbol Federasiyası daha əvvəl oruc tutan futbolçuların azandan sonra iftar etmələri üçün ölkədə matçların dayandırılmayacağını açıqlamışdı.

Bu arada, FİFA-nın yeni qaydasına əsasən, isti havada oyunçulara matç zamanı oyunu dayandırmaq və su içmək üçün iki fürsət verilir.

Fransa Futbol Federasiyasının bu qərarı klubların futbolçularına oruc tutmamağı söyləməsinə səbəb olub.

4206633

captcha