"İQNA", "Hilal Xəliç" saytına istinadən xəbər verir ki, 27-ci Dubay Beynəlxalq Quran müsabiqəsinin yekun tədbirləri 12 Mart Çərşənbə axşamı günü 70 ölkə nümayəndəsinin iştirakı ilə başlayıb.
Yarış təşkilatçıları qeyd ediblər ki, hər il Quran müsabiqəsi proqramları təravih namazından sonra başlayıb və qonaqlar üçün bütün hazırlıqlar görülüb.
Bazar günü keçirilən ilkin seçmədə iştirak edən Əmir Hadi Bayrami münsiflər heyətinin dörd sualını uğurla cavablandıraraq finala yüksəlib. Bayraminin sözlərinə görə, müsabiqə ilk dəfədir ki, iki turda keçirilir.
Müsabiqənin bağlanış mərasimi martın 22-də qaliblərin elan edilməsi və mükafatların təqdim edilməsi ilə yekunlaşacaq. İran İslam Cümhuriyyətinin nümayəndəsi martın 23-də ölkəyə qayıdacaq.
4204874