IQNA

HƏMAS-dan atəşkəs bəyanatı

12:07 - February 04, 2024
Xəbər sayı: 3495411
İQNA - HƏMAS Hərəkatının Siyasi Büro üzvü Üsamə Əl-Həmdan bildirib ki, Fələstin qrupu əvvəldən tələb etdiyi daimi atəşkəs olmadan razılaşmanı qəbul etməyəcək.

Livanda yerləşən LBC Televiziyasına danışan Həmas Hərəkatının Siyasi Bürosunun üzvü Usamə Əl-Həmdan bildirib ki, Qəzzanın blokadası qaldırılmasa və daimi atəşkəsə nail olunmasa, müqavimətin münaqişədə qısa fasiləni “qəti qəbul etməsinə imkan yoxdur”.

Həmdan qeyd edib ki, azadlığa bıraxılmasını istədikləri fələstinlilər arasında hansı hərəkatdan olmasına baxmayaraq, müqavimət fəaliyyətlərində iştirak etdiklərinə və ya rəhbərlik etdiklərinə görə İsraildə ömürlük həbsə məhkum edilmiş insanlar var.

Bu kontekstdə Fələstinin “Fəth” hərəkatının liderlərindən olan Mərvan Barquti və Fələstinin Azadlıq Xalq Cəbhəsinin (AXC) baş katibi Əhməd Səadətin adlarını xatırladan Həmdan İsraildə saxlanılanların azad edilməsinin "milli bir dava" olduğunu bildirib

captcha