IQNA

Müqəddəs Qəbir kilsəsinin açarını bir müsəlman qoruyur

15:28 - December 26, 2023
Xəbər sayı: 3495181
İQNA – Qüds şəhərindəki Müqəddəs Qəbir kilsəsinin açarının gözətçisi mediaya müsahibəsində ailəsinin müsəlman olması və üzərinə düşən vəzifələrdən danışıb.

"İQNA", "Əl-Misri Əl-Yəvm" saytına istinadən xəbər verir ki, Müqəddəs Qəbir Kilsəsinin açarının gözətçisi Ədib Cudə Əl-Hüseyni, açarın 850 il əllərində qaldığını və nəsildən-nəslə keçdiyini bildirib.

Media fəalı ilə müsahibədə Əl-Hüseyni bildirib ki, hekayə 1187-ci ildə Səlahəddinin Qüds şəhərini səlibçilərdən xilas etməsi və kilsələrin başçılarını bir yerə toplaması ilə başlayır.

Səlahəddin kilsə rəhbərlərinə Müqəddəs Qəbir kilsəsinin açarlarını təhvil vermələrini və onun əbədi olaraq qorunub saxlanacağını söylədi. Onlar da qəbul etdilər.

Hüseyni açarın min illik olduğunu, kilsənin səhər və axşam bu açarla açılmasının simvolik və qürurverici bir iş olduğunu bildirdi.

Müqəddəs Qəbir kilsəsi Pravoslav kilsəsi tərəfindən yenidən diriliş kilsəsi adlanır. Bu, Qüdsün qədim şəhər divarları içərisində yerləşən xristian kilsəsidir. Katolik kilsəsi, Şərqi Pravoslav kilsəsi və Erməni kilsəsi Müqəddəs Qəbir kilsəsinin bir hissəsinə nəzarət edir və gecə və gündüz müxtəlif vaxtlarda öz ibadətlərini həyata keçirir.

Xristianların fikrincə, İsa Məsih (ə) Müqəddəs Qəbir kilsəsinin yerləşdiyi yerdə çarmıxa çəkilmiş və oradan göyə yüksəlmişdir. Zirzəmidə Əhdi-Cədid kitablarında deyildiyi kimi İsa Məsihin (ə) qəbrinin yerləşdiyi yer var. Bu kilsə xristianlar üçün vacib ziyarət yerlərindən biridir.

4189754

 

captcha