IQNA

Omanın baş müftisi Fələstin müqavimətinə tam dəstək verir

15:49 - December 09, 2023
Xəbər sayı: 3495104
İQNA – Oman müftisi Fələstin müqavimətini zəiflətməyə çalışanları tənqid edərək, onlardan susmağı və müqavimət döyüşçülərinə müqəddəs yerlərin müdafiəsində öz vəzifələrini yerinə yetirmələrinə icazə vermələrini istəyib.

"İQNA", "Əl-Xəlic onlayn" saytına istinadən xəbər verir ki, Oman Müftisi Şeyx Əhməd ibn Həmd Əl-Xəlili X sosial şəbəkəsindəki paylaşımında İsrail rejiminin Qəzzada törətdiyi qətliamı pisləyib və onları qorumaq bütün İslam ümmətinin vəzifəsi olduğunu bildirib.

O, həmçinin bildirib ki, sionist rejim Qəzzə xalqına qarşı törətdiyi vəhşi qətllər nəticəsində öz sonunu hazırlayır.

İnsanların diqqətli danışması lazım olduğunu bildirən Əl-Xəlili, Fələstin müqavimətini ittiham və təhqir edən tərəfləri tənqid edərək, məzlum və İslami müqəddəsləri qorumağın böyüklər və uşaqlar üçün müqəddəs bir vəzifə olduğunu bildirib.

O, həmçinin əlavə edib ki, müqavimət döyüşçüləri israilli məhbuslarla humanist rəftar edir, işğalçı rejim isə fələstinli məhbuslara işgəncə verir və onları incidir.

4186659

captcha