IQNA

HƏMAS-dan jurnalistlərə çağırış: "Soyqırımı görmək üçün Qəzzaya gəlin"

10:53 - November 30, 2023
Xəbər sayı: 3495063
QƏZZƏ (İQNA) - HƏMAS-ın Telegram kanalında yayımlanan bəyanatda, "Beynəlxalq jurnalistləri soyqırım əlamətlərini görmək üçün Qəzzaya gəlməyə çağırırıq" deyilir.

HƏMAS oktyabrın 7-dən İsrailin Qəzza zolağına hücumlarının törətdiyi dağıntıların miqyasını görmək üçün jurnalistləri və media qurumlarını bölgəyə gəlmələri üçün çağırıb.

Telegram hesabında edilən açıqlamada belə deyilir: "Beynəlxalq jurnalistləri və media qurumlarını işğalçı ordu və nasistlər tərəfindən uşaqlara, müdafiəsiz mülki şəxslərə və bütün infrastruktura qarşı törədilən dağıntıların miqyasını və soyqırım göstəricilərini görmək üçün Qəzza zolağına gəlməyə çağırırıq".

Açıqlamada qeyd edilib ki, Səbra bölgəsi və Qəzza şəhərinin digər bölgələrində dağıntılar altında onlarla fələstinli mülki şəxsin cəsədinin tapılması və ən mühüm elmi qurumlardan biri olan İslam Universitetindəki dağıntıların miqyası Qəzzə xalqının yaşadığı dəhşəti təsdiqləyir. Bu hərəkətlərin məqsədi “bütün yaşayış obyektlərini və infrastrukturu qəsdən məhv etmək və Qəzza xalqını köç etməyə məcbur etmək” idi.

Mənbə: "Qəzet Divar"

captcha