IQNA

Mərakeş: "Fələstin dövlətinin qurulmasından başqa alternativ yoxdur"

3:14 - November 16, 2023
Xəbər sayı: 3495001
RABAT (İQNA) – Mərakeş xarici işlər naziri beynəlxalq ictimaiyyəti Fələstin məsələsinin ədalətli həllinə çağırıb və “Fələstin dövlətinin qurulmasından başqa alternativ yoxdur” deyib.

Mərakeşin xarici işlər naziri Nasser Burita paytaxt Rabatda Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Szijarto ilə birgə mətbuat konfransı keçirib.

İşğal olunmuş Fələstin ərazilərində baş verənlərlə bağlı Burita ölkəsinin İsrail ordusunun blokadada olan Qəzza zolağına hücumları ilə bağlı narahatlığını vurğulayıb.

1967-ci il sərhədlərində paytaxtı Şərqi Qüds olan Fələstin dövlətinin qurulmasını nəzərdə tutan iki dövlətli həll yolunu açacaq siyasi üfüq olmadığı müddətcə şiddətin davam edəcəyini müdafiə edən Burita deyib: "Bölgədəki gərginliyi aradan qaldıracaq daimi və ədalətli sülhün Fələstin dövlətinin qurulmasından başqa alternativi yoxdur. Beynəlxalq Cəmiyyət artıq böhranları idarə etmək münasibəti ilə kifayətlənməməli, Fələstin məsələsinin həllində ədalətli və davamlı sülh üçün çalışmalıdır".

TRT XƏBƏR

captcha