IQNA

İnkişaf yolu / 3

Qurani-Kərim tərbiyə kitabı

8:59 - November 09, 2023
Xəbər sayı: 3494971
TEHRAN (İQNA) - Qurani-Kərim, Uca Allahın Həzrət Məhəmməd vasitəsilə bəşəriyyətə son çağırışıdır. Şübhəsiz ki, Quranda ümumilikdə bütün bəşəriyyəti, xüsusən də müsəlmanları maraqlandıran hökmlər, hikmətlər, əmrlər, qadağalar, hadisələr və dərslər vardır.

Qurani-Kərim nur, rəhmət, şəfa, bəsirət, həyat planı və hər dərdin dərmanı olan təsirli bir şəfa kimi təqdim edilmişdir. İnsanlar bu ilahi kitabın təlimləri ilə hərəkət edərək əbədi nicat tapa bilərlər.

 “Yunis” surəsinin 57-ci ayəsində belə buyurulur: "(Ey insanlar!) Sizə Rəbbinizdən bir öyüd-nəsihət, ürəklərdə olana (cəhalətə, şəkk-şübhəyə, nifaqa) bir şəfa, möminlərə hidayət və mərhəmət (Quran) gəlmişdir!"

Əllamə Təbatəbai deyir ki, bu ayədə Quranın özü ilə müqayisədə Quranın bütün gözəllikləri və əhatəli məsələləri qeyd olunur. Burada Quran üçün qeyd olunan dörd sifət var.

Əslində, bu ayədə Quran təlimlərinin kölgəsi altında insanın inkişafı və tərbiyəsinin dörd mərhələsi bəyan edilir:

1_ Moizə və nəsihət

2_ İnsanın ruhu və nəfsinin hər cür əxlaqi pisliklərdən təmizlənməsi

3_ Nəfsin əxlaqi pisliklərdən təmizləndikdən sonra meydana gələn hidayət, yəni insanın bütün müsbət cəhətlərdə kamilliyə doğru irəliləməsi deməkdir.

4_ Allahın rəhmət və nemətlərinə çatmaqda insanın ləyaqəti

Bu mərhələlər bir-birinin ardınca gəlir və onların hər biri Qurani-Kərimin təlimləri işığında əldə edilir.

Qurani-Kərim insanlara öyüd-nəsihət verir, onların qəlblərini günahlardan və pisliklərdən təmizləyir, hidayət nurunu bəxş edir. Fərdlərə və cəmiyyətə ilahi nemətlər gətirən Qurandır.

Həzrət Əli (ə) buyurur: "Xəstəliklərinizin və dərdlərinizin həllində Qurandan şəfa diləyin. Çünki Quran küfr, ixtilaf və yolunu azmışların dərdlərinə ən böyük dərmandır".

Bu, Möhsin Qəraətinin "İnkişaf yolu" kitabından bir parçadır.

captcha