IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 38

Axirət xoşbəxtliyi dünya səadətindən üstündür

17:44 - October 17, 2023
Xəbər sayı: 3494878
TEHRAN (İQNA) - Allah çoxlu və müxtəlif dünya nemətlərini sadalamış, lakin bu ləzzətlərin dünya ləzzətləri olduğunu bildirmişdir. Həmçinin qeyd etmişdir ki, daha yüksək məqsədlərə və kamilliyə çatmağa sərf edilmədikcə onlar davamlı deyillər.

Ali İmran surəsi 14-15-ci ayələr:

 

“Qadınlar, uşaqlar, qızıl gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. (Lakin bütün) bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır”.

 

“(Ya Rəsulum!) Söylə: “Sizə bunlardan (dünya zinətlərindən) daha yaxşısını xəbər verimmi? Allahdan qorxub pis əməldən çəkinənlər üçün Rəbbi yanında (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır ki, orada əbədi qalacaqlar. Onlardan ötrü orada (hər cür eyibdən) pak olan zövcələr və (ən böyük nemət olan) Allah rizası (razılığı, hüsn-rəğbəti) vardır. Allah, həqiqətən, bəndələrini görəndir!”.

Allahın qadınları öz nemətləri arasında sayması kişi ilə qadın arasında sevgi və bərəkətli bir əlaqə deməkdir. Həmçinin kişilər də qadınlar üçün nemət sayılırlar.

Qadınların cazibəsi və kişilərin sevgisi haqqında çoxlu kitablar yazılıb. Onlardan biri də Bernard Şounun “İnsan və Supermen” pyesidir. Bu tamaşada Supemen qadındır.

Ağıllı insan təkcə yaxşı ilə pisi deyil, həm də yaxşı ilə yaxşını, pislə pisi ayırd edəndir. Yaxşıda daha yaxşısını, pisdə isə başqa çarəsi olmadığı halda daha az pis olanı seçər. Təəccüblüdür ki, insanlar dünya bazarında ən yaxşısını seçib ucuz qiymətə almaq istəyirlər. dirhəm və dinar ödədikləri yerdən qiymətli mal almağa çalışırlar, əks halda özlərini aldanmış hiss edirlər. Amma aldanmadan ən önəmli sərmayəmizə, ömür və nəfslərinə əhəmiyyət vermirlər. Günlərini, həftələrini, aylarını boş keçirirlər və ya lazım olduğundan çox vaxt keçirirlər. Heç bir kədər hissi də keçirmirlər.

Belə adamların məzarına bir ingilis şairinin şeirini yazsalar yaxşı olar ki, deyir: “Bazar ertəsi doğulub, çərşənbə axşamı vəftiz olunub, çərşənbə günü toy olub, cümə axşamı xəstələnib, cümə günü can verib, şənbə günü ölüb, bazar günü dəfn olunub. Bu Filip Soperin kədərli, lakin yerinə düşərli yazısı olardı. Zahi Mezar yazırdı ki, dünyada Allahın yaratdığı o müqəddəs və şərəfli insanın varlığından əsər-əlamət yoxdur.

Hüseyn Muhyiddin İlahi Qumşeinin “Quranla 365 gün söhbət” kitabından bir parçadır.

4119697

captcha