IQNA

Qətərdə islamafobiyaya qarşı beynəlxalq konfrans keçirəcək

10:46 - September 29, 2023
Xəbər sayı: 3494802
DOHA (IQNA) – İslamofobiya ilə mübarizə məqsədilə Corctaun Universiteti Qətərdə beynəlxalq konfrans keçirəcək.

"İQNA", "Daily Sabah"-a istinadən xəbər verir ki, İslama və müsəlmanlara qarşı fəaliyyətlərin mürəkkəb və çoxsaylı aspektləri ilə məşğul olmaq üçün Qətərin Corctaun Universitetində “İslamofobiya dünya tarixi və üsulları” adlı konfrans keçiriləcək. Bu konfrans şənbə günü, sentyabrın 30-da başlayacaq.

Bu konfransda İslamofobiya ilə mübarizə sahəsində fəal olan tanınmış simalar, o cümlədən alimlər, fəallar, siyasətçilər və jurnalistlər iştirak edəcək. Onlar islamofobiyanın intellektual köklərini araşdıracaqlar. İştirakçılar həmçinin bütün dünyada anti-İslam əhval-ruhiyyəsinə qarşı cavablar tapacaqlar.

İştirak edən natiqlər arasında siyasi nəzəriyyəçi, Pensilvaniya Universitetinin ustadı və 2013-cü ildə İslam haqqında kitabın müəllifi Ann Norton, Lids Universitetinin ritorika və düşüncəüzrə ustadı Dr. Salman Syed də var.

Birinci gün bu konfransın natiqləri islamofobiyanın müstəmləkə kökləri və onun irqçilik və ayrı-seçkiliklə əlaqəsini müzakirə edəcəklər. İkinci gün isə onlar Qətərin 2022-ci il FIFA Dünya Çempionatına ev sahibliyi edərkən ortaya çıxan anti-İslam davranışları və etiketləri, eləcə də “Terrora qarşı Müharibə”nin qalıcı təsiri kimi İslamofobiyanın qloballaşmasına toxunacaqlar.

4171779

 

captcha