IQNA

İki milyon Quran; Ərəbistanın zəvvarlara hədiyyəsi

20:22 - July 01, 2023
Xəbər sayı: 3494406
Həccin başa çatması və zəvvarların ölkələrinə qayıtması ərəfəsində Səudiyyə Ərəbistanının İslam İşləri Nazirliyi onların arasında iki milyon Quran paylayıb.

"İQNA", "Siddty"-yə istinadən xəbər verir ki, bu Quranlar Səudiyyə Ərəbistanının Kralı Salman ibn Əbdüləziz Ali Səudun əmrlərinin icrası məqsədilə Səudiyyə Ərəbistanı İslam İşləri, Təbliğat və İrşad Nazirliyinin səyləri ilə zəvvarlar arasında paylanıb.

Bu Quran nüsxələri Səudiyyə Ərəbistanı Kral Fəhd Quran Çap Dərnəyinin müxtəlif ölçülərdə və 76-dan çox dildə zəvvarlara hədiyyə edilmiş kitabçalarındandır.

Kral Əbdüləziz Beynəlxalq Hava Limanı, Ciddə İslam Limanı, quru və hava əlaqə yolları bu Quranların paylanıldığı yerlər arasındadır.

Səudiyyə Ərəbistanının İslam işləri, təbliğat və irşad naziri Əbdüllətif ibn Əbdüləziz Ali Şeyx bununla bağlı deyib: "Bu Quranların paylanması Səudiyyə hökumətinin və bu ölkənin kralının Qurana xidmət etmək öhdəliyini göstərir".

4151438

captcha