IQNA

Malta Prezidenti Məhəmməd İbn Rəşid Kitabxanasına nəfis Quran hədiyyə edib

20:33 - June 24, 2023
Xəbər sayı: 3494372
DUBAY (IQNA) - Malta prezidenti Corc Vella Dubaydakı Məhəmməd bin Rəşid Əl Məktum kitabxanasına səfəri zamanı bu kolleksiyaya nəfis Qurani-Kərim bağışlayıb.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, BƏƏ-də səfərdə olan Malta Prezidenti Corc Vella Dubaydakı Məhəmməd ibn Rəşid Əl Məktum kitabxanasına səfəri zamanı kitabxanaya nəfis Quran hədiyyə edib.

Bu səfər zamanı onu Məhəmməd İbn Rəşid Əl Məktum Kitabxana Fondunun İdarə Heyətinin sədri Məhəmməd Əhməd Əl-Mərr və bu fondun İdarə Heyətinin üzvü Məhəmməd Əl-Məzrui qarşılayıblar.

Bu görüşdə cəmiyyətlərin tərəqqisində bilik və mədəniyyət işlərinin təşviqinin əhəmiyyəti, rolu və bu sahədə kitabxanaların rolu müzakirə edilib. Həmçinin daha yaxşı gələcək yaratmaq üçün müxtəlif cəmiyyətlər arasında birgəyaşayış və anlaşma imkanlarının təmin edilməsi haqqında danışılmış və araşdırılmışdır. Tərəflər iki ölkə arasında mədəni sahələrdə gələcək birgə əməkdaşlığın yollarını da müzakirə ediblər.

Bu səfər zamanı nümayəndə heyəti bu kitabxanadakı əsərlərlə, həmçinin nadir əsərlər xəzinəsi, o cümlədən Quran əlyazmaları və əlyazmaları kolleksiyası ilə tanış olub. Bu əsərlərdən bəziləri hicri 6-cı əsrə aiddir.

Malta əsrlər boyu müsəlmanlar tərəfindən işğal olunub. Malta dili də Şimali Afrikada ümumi ərəb dilindən götürülüb. Bu fərqlə ki, bir çox söz ona Latın və digər Avropa dillərindən daxil olub. İslam memarlığının əsərləri gizlədilməsi və məhv edilməsi üçün edilən bütün cəhdlərə baxmayaraq, bu günə qədər qalmaqdadır.

4149845

 

captcha