IQNA

Əl-Əzhər: "Həccin fəziləti cihada bərabərdir"

9:51 - June 10, 2023
Xəbər sayı: 3494302
“Əl-Əzhər” Beynəlxalq Elektron Fətva Mərkəzi hesabatında vurğulayıb ki, həccin fəziləti Allah yolunda cihada bərabərdir. Bu ilahi vəzifəni yerinə yetirmək günahların bağışlanmasına səbəb olur.

"İQNA", "Sədyul-Bələd" xəbər bürosuna istinadən xəbər verir ki, Əl-Əzhər Beynəlxalq Elektron Fətva Mərkəzi bir hesabatda Allah evinə həccin fəzilətlərini və Allah evini ziyarət etməyin savablarını izah edib.

Bu mərkəzin hesabatında deyilir ki, Həcc İslamın beşinci rüknüdür və İslam şəriəti onun yerinə yetirilməsinə xüsusi önəm verib və bunu imkanı olanlara vacib edib".

Əl-Əzhər Beynəlxalq Elektron Fətva Mərkəzi elan edib: "Həcc bizi Allaha yaxınlaşdıran ən yaxşı əməllərdən biridir. Rəsulullahdan (s) rəvayət olunur ki, bu, ən gözəl əməllərdəndir. Həmçinin onu Allaha iman və Allah yolunda cihadla yanaşı qeyd etmişdir".

Mərkəz həmçinin həcc ziyarətini günahların bağışlanması kimi qiymətləndirib və deyib: Peyğəmbər (s) buyurur: "Kəbəni Allah rizası üçün ziyarət edən, nənasız söz danışmayan və günah etməyən şəxs anadan doğulduğu gün kimi günahsız geri qayıdar".

Əl-Əzhər Beynəlxalq Elektron Fətva Mərkəzi bu hesabatda vurğulayıb ki, Peyğəmbərin (s) rəvayətlərinə əsasən, həcc cihad kimidir.

4146597

captcha