"İQNA", BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, cümə günü 65 Quran hafizinin iştirakı ilə Dubayda keçirilən 26-cı beynəlxalq Qurani-Kərim yarışının fəaliyyəti başlayır.
Bu yarışın ilk günündə Əfqanıstandan Əbdür-Rəhman Xəlil Ər-Rəhman, Somalidən Abdullah Əbdül-Əziz Abdullah, İordaniyadan Süleyman Musa Yusif, Britaniyadan Xəlil Əbdün-Nasir Müəllim və Keniyadan Əbdül-Əlim Əbdür-Rəhim Hacı münsiflərin hüzurunda Hafisin Asimdən nəql etdiyi rəvayət əsasasən qiraət edəcəklər.
Hakimlər komitəsi yarışmada iştirak edən tamaşaçılar arasından kişilər, qadınlar, böyüklər və uşaqlar üçün gündəlik mükafatlar ayırıb. Müsabiqəyə qatılanlar arasında nömrələr paylanaraq verilir və günün sonunda 10 mükafat paylanır.
Bu mükafatlar insanları müsabiqədə iştiraka həvəsləndirmək məqsədilə telefon müsabiqələri üçün verilən nağd olmayan mükafatlardan başqadır. Bu təşəbbüs insanlar tərəfindən rəğbətlə qarşılanıb.
4129631