IQNA

Müsləman şəhəri dünyanın ən təmiz şəhəri elan edildi

15:01 - March 14, 2023
Xəbər sayı: 3493850
Dubay 3-cü dəfə dünyanın ən təmiz şəhəri elan edilib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən xəbər verir ki, müvafiq araşdırma Yaponiyanın “Mori Memorial Foundation” fondu tərəfindən həyata keçirilib və onun nəticələri “Global Power City Index” reytinqində öz əksini tapıb.

Birləşmişr Ərəb Əmirliklərinin (BƏƏ) başçısı şeyx Məhəmməd bin Raşid Ali-Məqtum bu xəbəri belə şərh edib:

“Dubay dünyanın ən təhlükəsiz, dünyanın ən təmiz və gözəl şəhəridir“.

Ali-Məqtum şəhərin olduğu kimi, sabit və mütərəqqi saxlanılmasını da arzu edib.

O, həmçinin əlavə edib ki, təmizlik həm mədəniyyətdir, həm də imanın bir hissəsidir.

Qeyd edək ki, “Global Power City Index” dünyanın iri şəhərlərini onları insanlar və şirkətlər üçün cəlbedicilik əsasında əsasında qiymətləndirib reytinqdə yerləşdirir. Reytinqin tərtibat prosesi zamanı şəhərlərin iqtisadiyyatı, aparılan araşdırmalar və görülən işlər, mədəni qarşılıqlı əlaqə, sabitlik, şəhər mühiti və nəqliyyatın əlçatanlılığı dəyərləndirilir.

captcha