IQNA

Qahirədə İmam Hüseyn (ə) məscidində misirli böyük qarilərin dördüncü toplantısı keçiriləcək

23:48 - February 24, 2023
Xəbər sayı: 3493750
Misirin Vəqf Nazirliyi Qahirənin İmam Hüseyn (ə) məscidində böyük misirli qarilərin iştirakı ilə 4-cü Qurani-Kərimin xətm etmə mərasiminin keçiriləcəyini açıqlayıb.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, bu Quran məclisi Əhməd Nuəynənin sədrliyi və Şeyx Qutb Əl-Təvil, Şeyx Hani Əl-Hüseyni, Şeyx Əhməd Təmim, Şeyx Seyyid Əl-Qəytani, Şeyx Səid Feysəl və Şeyx İbrahim Əl-Fəşninin iştirakı və Əbdül-Əziz İmranın nəzarəti ilə gələn şənbə günü keçiriləcək.

Bu Quran məclisinin başlanğıcı Ali-İmran surəsinin 93-cü ayəsi olacaq:

«كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ»

"Tövrat göndərilməmişdən əvvəl İsrailin (Yəqub peyğəmbərin) yalnız özü özünə haram etdiyi şeylərdən başqa bütün təamlar (yeməklər) İsrail övladına halal idi26. (Ya Rəsulum! Yəhudilərə) de: “Əgər doğru danışanlarsınızsa, (düzgün, əsl) Tövratı27 gətirin və onu oxuyun!”

Misirin Vəqf Nazirliyi müqəddəs Ramazan ayında mənəvi və dini atmosfer yaratmaq roluna uyğun olaraq bu ölkənin məscidlərində, xüsusilə Qahirədə İmam Hüseyn (ə) məscidində müxtəlif tədbirlər təşkil edir. O, bu məsciddə görkəmli mütəfəkkirlərin, tədqiqatçıların və alimlərin iştirakı ilə İslam təfəkkür məclisinin keçirilməsini elan etdi.

Bundan əlavə, bir sıra misirli qari və surud oxuyanlar da müqəddəs Ramazan ayında İmam Hüseyn (ə) məscidində Qurani-Kərim tilavət edib və surud oxuyacaqlar.

4123971

captcha