IQNA

Dubay Quran müsabiqəsində 400-dən çox iştirakçı yarışıb

20:37 - October 17, 2022
Xəbər sayı: 3493099
Dubay Quran Hifzi Mərkəzi "Məktum" Quran Hifzi Mərkəzləri yarışmasında 172 kişi və 339 qadın iştirakçının yarışdığını elan edib.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Dubayın İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsi 2022-ci ildə "Məktum" mərkəzlərində 172 kişi və 339 qadın iştirakçının iştirakı ilə 22-ci Quran hifzi müsabiqəsinin final mərhələsinin başlandığını elan edib.

Qurani-Kərimin əzbərlənməsi mərkəzlərinin direktoru Həmd Məhəmməd Əl-Xəzrəci çıxışında deyib: "Keçən ilin avqust ayından bu idarənin internet saytı vasitəsilə oğlan və qızlar üçün bu müsabiqədə iştirak etməyə aid ərizələrin qeydiyyatı və qəbuluna başlanılıb".

Əl-Xəzərci bu yarışlarda iştirakçılar üçün şərtlərin olduğunu bildirib və əlavə edib: "Bir neçə bölməni özündə birləşdirən bu müsabiqə hər il keçirilir".

Məktum Quran hifzi mərkəzlərinin direktoru qeyd edib: Müsabiqələrin qaliblərinin elan edilməsi və təltifetmə mərasimi üçün son tarix noyabrın ilk həftəsi olacaq.

4092311

captcha