"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, İstanbulun Taksim məscidində bu məscidə bağlı İxtisaslaşdırılmış Quran-ı Kərim Hafizləri İnstitutunun Quran hafizlərinin ilk qrupunun buraxılış mərasimi keçirilib.
Bu məsciddə keçirilən mərasimdə 31 nəfər imtahandan uğurla keçərək Qurani-Kərimin hifzi üzrə sertifikat alıb.
Diyanət İşləri Qurumunun Qurani-Kərim hifzi İdarəsinin rəisi İbrahim Yılmaz deyib ki, hər il Quran hafizlərinə 12 min sertifikat verilir.
Taksim məscidi İstanbulun Taksim meydanında yerləşir və bu şəhərin məşhur yerlərindən biridir.
4081777