IQNA

Dubayda 23-cü Quran hifzi müsabiqəsi keçiriləcək

19:20 - August 20, 2022
Xəbər sayı: 3492759
Dubayın İslam İşləri İdarəsi Dubayda "Məktum" Qurani-Kərimin hifz mərkəzinin 23-cü müsabiqəsinin keçiriləcəyini elan edib.

"İQNA", BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadən xəbər verir ki, Dubay İslam Məsələləri və Xeyriyyə Mərkəzi Qurani-Kərimin hifzi mərkəzinin 23-cü müsabiqəsi ilə bağlı fəaliyyətə başlayıb.

Bu müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçmək imkanı avqustun 31-dək davam edəcək.

Bu müsabiqədə iştirakçıların ilkin seçimi sentyabrın 5-də başlayacaq və bu ayın ortalarına qədər davam edəcək. İlkin nəticələr sentyabrın 20-də açıqlanacaq.

Müsabiqənin final mərhələsi 1-9 oktyabr 2022-ci il tarixləri arasında keçiriləcək.

4079221

captcha