IQNA

İrlandiyada Müsəlman Qadınlar Təşkilatı mədəniyyət festivalı keçirəcək

9:19 - July 24, 2022
Xəbər sayı: 3492600
İrlandiyanın paytaxtı Dublin şəhərində müsəlman qadın könüllülərdən ibarət təşkilat gələn ay müsəlmanlarla ölkə cəmiyyəti arasında birgə yaşayışı gücləndirmək məqsədi ilə illik mədəni proqram keçirəcək.

"İQNA", "Dublin Live"-a istinadən xəbər verir ki, Dublində bir qrup müsəlman qadın gələn ay İrlandiyanın müsəlman və qeyri-müsəlman icmaları arasında birgə yaşayışa təşviq etmək üçün multikultural tədbir keçirəcək.

Eire Müsəlman Bacıları təşkilatı bu proqramı 4 avqust Cümə axşamı günü Dublinin Phoenix Parkında keçirəcək.

Bu qrupun yaradıcısı Lorraine O'Connor deyib ki, bu proqram insanların bir stəkan çay içmək və söhbət etmək üçün bir araya gəlməsinin bir yoludur. Bu, icmalar arasında maneələri aradan qaldırmaq üçün əla bir yoldur və bu il diqqətimizi uşaqlara yönəldirik.

4072449

captcha