IQNA

Duanın ədəbləri

12:12 - July 10, 2022
Xəbər sayı: 3492529
Bəndələrin bir çoxu Allahla danışmağı özləri üçün bir ehtiyac hesab edir və bu ehtiyacı ödəmək üçün bir yol axtarırlar. Dua bir yoldur, qəlbi aramıq yaratmaqla yanaşı, bu ehtiyacı da yerinə yetirir.

Quran təlimlərinə görə, dua dini bir vacibatdır. O mənada ki, möminlər dua əhli olmalıdırlar. Duaya etinasız olmaq və onu tərk etmək Allah qarşısında təkəbbürlü olmaq (özünü daha böyük görmək) deməkdir. Necə ki, Quran vurğulayır: " Rəbbiniz buyurdu: Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim! (Məni çağırın, harayınıza yetişərəm, yaxud yalnız Mənə ibadət edin, sizi mükafatlandıraram!) Mənə ibadət etməyi təkəbbürlərinə sığışdırmayanlar Cəhənnəmə zəlil olaraq girəcəklər!" (Mömin, 60). Necə ki, iblis təkəbbür edib cəzaya layiq oldu. Yalnız İblis təkəbbür göstərib kafirlərdən oldu" (Sad, 74).

Oruc şəklində duadan kömək istəmək insanın öz məqsəd və hədəflərinə çatması üçün Allahın Quranın müxtəlif ayələrində vurğuladığı və diqqət Quranda vurğulanır ki, insan bütün hallarda və hər şey üçün dua etməlidir. Əsasən namaz yetirdiyi bir yoldur.

Dua Allah və kainatın yaradıcısı ilə danışmaqdır. Necə ki, hər bir insan bir qüdrət sahibi və ya böyük şəxsiyyətlə danışmaq istədikdə ona uyğun ədəb və ərkənla danışmağa çalışar, dua və Allahla danışmağın da riayət edilməli olan şərtləri və ədəbləri vardır.

Duanın mühüm xüsusiyyətləri arasında "ixlas" və "iman izhar edilməsi" vardır:

İxlas:

Şübhəsiz ki, hər cür şirk və ikiüzlülükdən uzaq, xalis niyyət və Allah üçün çalışmaq mənasını verən ixlas tövhidin ən təməl prinsiplərindən biridir. Quranın bir çox ayəsində duanın ən əsas ədəbi olaraq bu məsələyə diqqət yetirilmişdir. Necə ki, Allah buyurur: "(O halda) iman və etiqadda xalis niyyətlə Allahı çağırarlar" (Yunis, 22).

İmanın izhar edilməsi:

Baxmayaraq ki, Allahın hüzuruna gedib Ondan hacətlərini istəyən mömindir, amma imanı ifadə etmək və etiraf etmək də bəyənilir. Quranın bəzi ayələrində duadan əvvəl imanı izhar etmək duanın ədəblərindən biri kimi qeyd olunur. O cümlədən Ali-İmran surəsinin 16-cı ayəsində buyurulur: "O bəndələr ki: Ey Rəbbimiz, biz, həqiqətən (Sənə) iman gətirmişik, günahlarımızı bağışlayıb bizi cəhənnəm əzabından qoru! -deyirlər".

Teqlər: dua ، duanın ədəb ، ibadət ، ixlas ، quran ، İman
captcha