IQNA

Əlcəzairdə Quranın fransız dilinə yeni tərcüməsi çap edilib

11:02 - June 14, 2022
Xəbər sayı: 3492400
İki əlcəzairli alim və islamşünas Quranın fransız dilinə tərcümələrindəki boşluqları doldurmaq məqsədi ilə ayələrin təfsiri ilə Quranı bu dildə yenidən tərcümə ediblər.

İQNA, Əlcəzair radiosunun informasiya bazasına istinadən xəbər verir ki, Əlcəzairin Əl-Bayazin Nəşrləri dinlər üzrə tədqiqatçı Kamal Şekat və əlcəzairli tərcüməçi və jurnalist Məsud Boujenon tərəfindən Qurani-Kərimin fransızca yeni tərcüməsi və təfsirini oxucuların ixtiyarına verib.

Bu əsər Qurani-Kərimi öyrənmək və daha çox bilmək istəyən fransızdilli oxucular üçün tamamlayıcı tərcümədir və bu sahədə var olan boşluğu doldurur. Bu, həm müsəlman, həm də qeyri-müsəlman olan fransızdilli oxucular üçün çox əhəmiyyətlidir.

4063694

captcha