IQNA

Peyğəmbər məscidində 52 dilə tərcümə edilmiş 9000-dən çox Quran paylanılıb

15:05 - June 11, 2022
Xəbər sayı: 3492378
Həzrət Peyğəmbərə (s) bağlı olan Quran İşləri Şöbəsi bu il Həcc ziyarətinə gələn zəvvarları qarşılamaq məqsədilə bu məsciddə 155 mindən çox Quran nüsxəsi paylayıb.

İQNA, Ərəbistanının "Əl-Bilad" qəzetinin saytına istinadən xəbər verir ki, Həzrət Peyğəmbərə (s) bağlı olan Quran İşləri Şöbəsi bu il Həcc ziyarətinə gələn zəvvarları qarşılamaq məqsədilə bu məsciddə 155 mindən çox Quran nüsxəsi paylayıb.

Bu 155.000 Quran nüsxəsi bu məscidin köhnəlmiş Quran nüsxələrini əvəz etmişdir.

Həmçinin, Məscidün-Nəbinin (s) himayəsi ilə fəaliyyət göstərən Fəaliyyət, Keyfiyyət və Təşkilati Mükəmməlliyi Ölçmə Agentliyi öz həmkarı ilə Məscidül-Həram və Məscidün-Nəbi (s) Baş Müdirliyində koordinasiya toplantısı keçirib.

Məscidül-Həram və Məscidün-Nəbi (s) Baş Müdirliyinin nümayəndəsi Səmir ibn Səd Əl-Suveyhrinin iştirakı ilə keçirilən bu görüşdə Səudiyyə Ərəbistanı Standartları və Keyfiyyət Təşkilatı ilə Məscidül-Həram və Məscidün-Nəbi (s) Müdirliyi arasında bu yaxınlarda imzalanmış anlaşma memorandumunun aktivləşdirilməsi araşdırılıb.

توزیع بیش از 9 هزار قرآن ترجمه‌شده به 52 زبان در مسجدالنبی(ص) + عکس

توزیع بیش از 9 هزار قرآن ترجمه‌شده به 52 زبان در مسجدالنبی(ص) + عکس

توزیع بیش از 9 هزار قرآن ترجمه‌شده به 52 زبان در مسجدالنبی(ص) + عکس

توزیع بیش از 9 هزار قرآن ترجمه‌شده به 52 زبان در مسجدالنبی(ص) + عکس

4063008

captcha