"İQNA", "Əl-Əməl News"-a istinadən xəbər verir ki, Məscidül-Həram və Məscid-i Nəbinin baş direktoru Əbdül Rəhman ibn Əbdül-Əziz Əl-Sədis şənbə günü zəvvarların sayının artması ilə əlaqədar Məscidül-Həramın banlarının namaz üçün açılacağını açıqlayıb.
Əbdül Rəhman Əl-Sədis vurğuladyıb ki, Məscidül-həramdan tam şəkildə istifadə etmək üçün banlardakı ibadət zallarının açılması iki müqəddəs hərəmin zəvvarlarına ən yaxşı xidmətin göstərilməsi məqsədi ilə həyata keçirilir.
O, həmçinin 60 hacı tərəfindən zəvvarlara xidmət göstərilməsi və Məscidül-həramda dini sualları cavablandırmaq üçün bələdçi robotların olacağını da bildirib.
4062090