IQNA

İstanbul məscidində Quran hafizlərinin buraxılış mərasimi keçirilib

12:09 - June 04, 2022
Xəbər sayı: 3492343
Türkiyənin İstanbul şəhərindəki Arnavut Köy məscidində Quranın əzbəri və təfsiri üzrə hərtərəfli və əhatəli proqrama uyğun olaraq Qurani-Kərimin hifzi sahəsində 393 oğlan tələbənin buraxılış mərasimi keçirilib.

"İQNA", "Əl-Xəlic"-ə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərindəki Arnavutk Köy məscidində Qurani-Kərimin hifzi kursunu bitirən 393 tələbənin buraxılış mərasimi keçirilib.

İstanbul müftisi Səfa Ərbaqus Allahın kitabından bir ayəni misal gətirərək Quranı əzbərləmək məktəblərinin əhəmiyyətini vurğulayıb. "Şübhəsiz ki, biz bu Quranı tədricən nazil etdik və sözsüz ki, biz onu qoruyacayıq". (Hicr, ayə 9).

İstanbul müftisi əlavə edib ki, buna görə də, Allah Quranı öyrənmək və qorumaq üçün bəndələrindən istifadə edir.

O, həmçinin Peyğəmbərdən (s) gələn hədisə istinad edib ki, buyurur: "Sizin ən yaxşınız Quranı öyrənən və başqalarına öyrədəndir".

 4061555

captcha