IQNA

Abu Dabidə İslam Birliyinin İmkanları və Problemləri araşdırılacaq

19:28 - May 07, 2022
Xəbər sayı: 3492190
Ümumdünya Müsəlman İcmaları Şurası (TWMCC) "İslam Birliyi, İmkanlar və problemlər" mövzusunu müzakirə etmək üçün 150-dən çox ölkədən nümayəndənin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.

"İQNA", Əmirliklər Xəbər Agentliyinə istinadən xəbər verir ki, bu konfrans Abu Dabi Milli Sərgi Mərkəzində (ADNEC) keçiriləcək.

Ümumdünya Müsəlman İcmaları Şurasının (TWMCC) prezidenti Əli Rəşid Əl-Nəimi konfransı elan edərkən deyib: "İslam birliyi məsələsi həmişə müsəlman alimlərinin iyirminci əsrdən bəri araşdırdıqları əsas məsələlərdən biri olmuşdur. Yeni dövrdə müstəmləkəçilik əleyhinə hərəkatların ortaya çıxması ilə daha çox diqqət mərkəzində olub.

O əlavə edib ki, İslam birliyi bəşəriyyətin tərəqqisinə töhfə verən mütərəqqi sivilizasiya yaratdı və İslam dünyasının ictimai və mədəni birliyini formalaşdırdı. İslam dünyası elm, incəsənət, ədəbiyyat, fəlsəfə, memarlıq, astronomiya, riyaziyyat, tibb və musiqi sahələrində böyük nailiyyətlər əldə etmişdir.

Bu beynəlxalq konfrans mayın 8-də və 9-da "İslam Birliyi: Konsepsiya, İmkanlar və Problemlər" şüarı altında keçiriləcək. Burada İslam vəhdətinin tarixi və onun həyatın bütün sahələrinə təsirləri, eləcə də onun bəşər sivilizasiyasının yaradılmasındakı rolu və İslam birliyi anlayışının azalmasına səbəb olan tarixi şərait və bu barədə yanlış təsəvvürlər araşdırılacaq.

4055053

captcha