IQNA

Günahsız gün əsl bayramdır

21:52 - May 03, 2022
Xəbər sayı: 3492172
Günah edilməyən bayram bayramdır. Amma bayram gələndə bəzi insanlar həmin gün günah edir və bayramlarında günahdan başqa heç bir iş görmürlər.

Adətən bayramda vaxtaşırı şənlənir və rəqs edirlər. Amma İslam baxımından bayram mərasimlərinin keçirilməsi düşündüyümüzdən fərqlidir. İmam Əli (ə) buyurur: "Allaha günah edilməmiş hər gün, bayramdır".

Qeyd edək ki, günah edilməyən bayram bayramdır. Amma bayram gələndə bəzi insanlar həmin gün günah edir və bayramlarında günahdan başqa heç bir iş görmürlər.

Diqqət etmisinizmi ki, nə vaxt yaxşı əməllərimiz və ayinlərimiz çox olsa, sonu bayramla bitir? Məsələn, biz həcc ziyarətinə gedirik, həcc edirik və son gün Qurban bayramı ilə bitir. Yaxud bir ay oruc tuturuq və bu, Fitr bayramı ilə bitir. Bu gündə orucu haram hesab edirik və Ramazan bayramının əvvəlində qusl edib, Fitr bayramı namazına qalxmağa hazırlaşırıq. Bizə bəndəlik və oruc tutmağı nəsib etdiyi üçün Uca Allaha şükür edirik.

Bu bayram deməkdir və bu gündə kasıbları ziyarət etmək, onlara qulluq etmək daha yaxşıdır. Ümumiyyətlə zəkat üçün pul ayıraq və bütün bunları keçmişdə nəsibimiz olan tofiqlərimizin qarşısında şükr etmək üçün yerinə yetirək.

Allah eləməsin ki, əldə etdiyimiz fürsətdən istifadə edə bilməyək. Təbii ki, bəzi insanlar xəstəlik və ya başqa problemlərə görə üzrlüdürlər. Bəzi xəstələr oruc tutmağı o qədər arzu edir ki, onların savabı sağlam insanın oruc tutmasından daha böyükdür. Amma Allah eləməsin ki, kimsə oruc tuta bilsin, amma qəsdən oruc tutmasın və buna məhəl qoymasın.

İnşallah ki, Allah bayramımızı əsl bayram eləsin. Elə bir gün olsun ki, biz İmam Əsrin (ə) hakimiyyəti altında bayram keçirək. Ümumbəşəri bir namaz qılınsın. Bütün dünya xalqları bu günü bayram qeyd etsin.

4053811

captcha