"İQNA", BƏƏ Xəbər Agentliyinə istinadən xəbər verir ki, 25-ci Dubay Beynəlxalq Qurani-Kərim Müsabiqəsinin bağlanış mərasimi keçirilib. Bu mərasimdə bu müsabiqənin qalibləri elan olunub və mükafatlarını alıblar.
Bu müsabiqənin qaliblərinin adları belədir:
Birinci yer Əlcəzairli Bubəkr Abdul-Hadi olub. İkinci yeri Seneqaldan Əl-Hacı Şeyx Cah və Misirdən Səd Cabir Məhəmməd bölüşüb. Üçüncü yerin qalibi yoxdur. Dördüncü yeri amerikalı Əbrar Məhəmməd Camaluddin və mavritaniyalı Musa Əhməd Əal bölüşüblər.
Həmçinin Şeyx İbrahim İbn Əl-Əxzər İbn Əli Əl-Qəyyim uzun müddət Qurana göstərdiyi xidmətə və Quran yarışlarının keçirilməsinə köməklik göstərdiyinə görə bu yarışmanın təşkilatçıları tərəfindən ilin ən üstün İslami şəxsiyyəti seçilib və ona mükafat verilib.