IQNA

İmam Xomeyninin (rəh) həyat yoldaşının xatirələri İstanbul türkcəsində nəşr olunub

19:53 - November 20, 2021
Xəbər sayı: 3491232
İmam Xomeyninin (rəh) həyat yoldaşı Xanım Xədicə Səqəfinin xatirələri əsasında hazırlanan "İnqilabın xanımı, başqa bir Xədicə" kitabı İstanbul türkcəsinə tərcümə edilərək nəşr edilib.

İQNA, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatına istinadən xəbər verir ki, "İnqilabın xanımı, başqa bir Xədicə" kitabı Əli Səqəfinin İmam Xomeyninin (rəh) həyat yoldaşı Xanım Xədicə Səqəfinin xatirələri əsasında hazırladığı bir kitabdır. Bu kitab, Türkiyənin Kövsər Nəşriyyatı tərəfindən İstanbul türkcəsinə tərcümə edilərək 163 səhifədə nəşr olunub.

Bu kitabın adı Türkcədə "İnkilabın Hatice"sidir. Bu kitab, Selma Özgündüz Mustafapur tərəfindən tərcümə edilmişdir.

Kitabın tərcüməçisinin yazdığı müqəddimədə deyilir: "Bəzi kitabları oxumaq kədərlə birlikdə sevinc gətirir. Niyə bu kitabı əvvəllər oxumamışam? Bu kitabı indiyə qədər oxumadığım üçün təəssüf edir və kədərlənirəm.

Bu kitab o kitablardan biridir ki, kitabın orijinal variantını oxuyandan sonra türkcəyə tərcümə edilməli olduğunu düşündüm. Çünki biz İmam Xomeyninin (rəh) siyasi və dini kimliyi ilə daha çox tanışıq. Bu kitabda onun ailəsi və şəxsi həyatına da nəzər salınıb.

İmam Xomeyninin (rəh) ailə həyatını, necə evləndiyini, həyat yoldaşının ona necə baxdığını, necə ata olduğunu və İslam İnqilabına necə nail olduğunu tərcümə etmək mənim üçün böyük bir şərəf idi.

4014727

captcha