IQNA

Çin Qəzzaya 1 milyon dollar yardım edəcək

10:52 - May 23, 2021
Xəbər sayı: 3489886
"Atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Ümid edirik ki, atəşkəsə ciddi şəkildə riayət olunacaq", - deyə Zhao Lijian diqqətə çatdırıb.

Çin Xarici İşlər Nazirliyinin mətbuat katibi Zhao Lijian Qəzza ilə bağlı açıqlama verib.  

O verdiyi açıqlamada vurğulayıb ki, Qəzzada baş tutan atəşkəsə görə Çin dövləti məmnuniyyətini ifadə edir.   "Atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Ümid edirik ki, atəşkəsə ciddi şəkildə riayət olunacaq", - deyə Zhao Lijian diqqətə çatdırıb.  

Zhao Lijian qeyd edib ki, Çin Qəzza zolağına 1 milyon dollar maddi və 200 min koronavirus pandemiyasına əleyhinə vaksin yardımı edəcək. 

Teqlər: çin ، qəzza ، humanitar yardım
captcha