IQNA

Həzərt Məsumənin (s.ə) həyatı haqqında serial çəkiləcək

8:19 - November 11, 2020
Xəbər sayı: 3488593
Həzrət İmam Musa Kazimin qızı və İmam Rzanın (ə) bacısı Həzərt Məsumənin (s.ə) həyatı haqqında serial çəkiləcək. Bu barədə Həzrət Məsumə (s) haqqında çəkilən serialın rejissoru Cavad Əfşar bildirib.

Həzrət İmam Musa Kazimin qızı və İmam Rzanın (ə) bacısı Həzərt Fatimeyi-Məsumənin (s.ə) həyatı haqqında serial çəkiləcək. Bu barədə Həzrət Məsumə (s) haqqında çəkilən serialın rejissoru Cavad Əfşar bildirib.

Cavad Əfşar qeyd edib ki, hazırda serialın çəkiliş üçün hazırlıq işləri görülür və 2021-ci ilin əvvəlində serialın çəkilişlərinə başlanılacaq. 
O qeyd  edib ki, serialın çəkilişi üçün artıq "Sima Film" Mərkəzi ilə müqavilə də imzalanıb. 
Həzrət Məsumə (s.ə) serialı 30 seriadan ibarət olaracaq . /maide.az
captcha