İslamın kamil din elan edildiyi Qədir Xum günü - İslam dinin üçüncü böyük bayramının gecəsi sağlamlıq protokollarına riayət olunmaqla Həzrət Məsumənin (s.ə) müqəddəs ziyarətgahında zəvvarların iştirakı ilə bayram tədbiri keçirilib.
Deyerler.org AMFM-ə istinadən xəbər verir ki, hərəmin Sahibəz-Zaman (ə.f) həyətində surud qrupları, məddahlar və şairlər İmam Rzadan (ə) şeir və ilahilər səsləndiriblər.