IQNA

Sionist miqrantlar fələstinlilərə məxsus bağlara od vurdu

12:11 - July 20, 2020
Xəbər sayı: 3487673
İordan çayının Qərb sahilində Nəblus şəhərinin cənubunda yerləşən Burin və Mədma kəndlərinə qanunsuz yəhudi miqrantlar soxulara fələstinlilərə məxsus zeytun bağlarına od vurub.

Bu barədə Fələstinin VAFA xəbər agentliyi  İordan çayının Qərb sahilində məskunlaşma məsələri ilə məşğul olan Həsən Daqlasa istinadən məlumat verib.  

Bundan əlavə yəhudi miqrantlar Nəblus şəhərinin cənubunda yerləşən Bəyta kəndində fələstinlilərə məxsus əkinləri məhv edib.

Xatırladaq ki, İsrail rejimi ordusu ilə yanaşı Qərb və digər ölkələrdən Fələstin ərazilərinə yerləşdirilən qanunsuz yəhudi miqrantlar mütəmadi olaraq fələstinlilərə məxsus əraziləri ələ keçiri və təsərüfatlarına zərər vururb. Yəhudi miqrantlar fələstinlilərə məxsus minlərlə zeytun ağaclarını yandıraraq məhv edib.

Mənbə: Eastnews.org

Teqlər: fələstin ، israil ، İordan
captcha