IQNA

Bu 17 yaşlı qız Quran hafizidir və İlahi vəhyi kitabət edib – FOTO

11:46 - July 18, 2020
Xəbər sayı: 3487650
Tehran (IQNA) – Fatimənin 17 yaşı var. O, Qurani-Kərimin hamısını əzbərləyib. Bundan əlavə İlahi vəhy kəlmaını əli ilə üç ay müddətində kitabət edib.

Fatimə Yusif Ədli Misrin Qəna əyalətinin Fərşut şəhərində yaşayır. O, Quranla mənus bir ailədə böyümüşdür. Atası İslami tərbiyə və Quran elmləri müəllimidir. Qızını da Quran təhsili almaq üçün "əl-Əzhər" mədrəsəsinə göndərmişdir.

Fatimə deyir: İbtidayi sinifdə oxuyarkən Quranı əzbərləməyə başladım. Təhsilimin davamında təcvid və qiraət qaydalarını da öyrəndim. Əl-Əzhərdə təhsil almağım bu yolda tez inkişaf etməyimə səbəb oldu. Qurani-Kərimi bir ilə əzbərlədim.  

O deyir: Quranı kitabət etməyim xoşuma gəlirdi və incəsənət zövqümə uyğun idi. Quranı yazaraq ayələri təkrarlayırdım və bu hifzimi gücləndirirdi. Bu həm də xəttimin gözəlləşməyinə səbəb oldu.

Fatimə Yusif Ədli hazırda əl-Əzhərin Quran müəssisələrindən birində 8-12 yaşlı uşaqlara Quran hifzi dərsi deyir. Bundan əlavə Qurani-Kərimi məşhur 10 qiarətini öyrənməyə çalışır.    /3911035

 
Teqlər: quran ، hifz ، kitabət
captcha