IQNA

 Kitab təqdimatı keçiriləcək: "Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya"

12:15 - July 05, 2020
Xəbər sayı: 3487552
Tehran (IQNA) - İrannın Tehran universitetinin müəlliməsinin qələmə aldığı "Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya" kitabının təqdimatı mərasimi keçiriləcək.

"Amerika düşüncə mərkəzlərində siyasi islamofobiya: İslami müqavimətin gücü ilə qarşılaşma metodu" (Political Islamophobia at American Institutes: Battling the Power of Islamic Resistance) adlı bu kitabı İranın Tehran univesitetinin ustadı Həkimə Səqqayi Biriya təlif edib.

Kitabda Amerika düşüncə mərkəzlərinin bu ölkənin daxili və xarici siyasətində islamofobiyanı necə yaymaları və genişləndirmələrinə aydınlıq gətirilib.  

Londonun İslami İnsan Haqları Komissiyasının nəşriyyatı tərəfindən 210 səhifədə çap və nəşr edilən bu kitabın təqdimat mərasimi sabah, 6 iyul 2020-ci il, Tehran vaxtı ilə səhər saat 10:00-da İQNA-nın toplantı salonunda keçiriləcək.

Qeyd edək ki, kitabın müəllifi Həkimə Səqqayi Biriya Tehran universitetinin İslami Təfəkkür və Maarif institutunun İslam İnqilabı, İslam sivilizasiyası və tarixi fakültəsinin ustadıdır. /3908624

کتاب «اسلام‌هراسی سیاسی در اندیشکده‌های آمریکایی» رونمایی می‌شود

captcha