İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Sivas vilayətinin əhalisi böyük yürüş keçirirərək Çin dövlətinin Sincan əyalətində Uyğur müsəlmanlara qarşı törətdiyi cinayətlərə etitazlarını və Uyğurlarla həmrəy olduqlarını elan ediblər.
Dünən, həftənin Şənbə günü, 14 Dekabr 2019-cu il, Rifah partiyasının və bəzi mədəni cəmiyyətlərin çağırışı ilə keçirilən bu böyük dəstək yürüşündə Sivaslılar Çin dövlətinin müsəlman azlıqlara qarşı yaratdığı sıxıntı və məhdudiyyəti məhkum ediblər.
Yürüşdə iştirka edənlər “Şərqi Türküstan müsəlmanlarına həyat” və “müsəlmanlar zülm qarşısında baş əyməzlər” şüarları səsləndiriblər və Çin divarının maketini dağıdıblar.
Etiraz yürüşündə iştirak edənlər Çinin bu siyasətini və eləcə də Avropa və beynəlxalq cəmiyyətlərin buna susmasını məhkum ediblər.