IQNA

Şərqi-Asiyanın cənubunda Quran məlumat bazası təsis edilir

22:52 - October 27, 2019
Xəbər sayı: 3486035
İndoneziyanın Dini İşlər Nazirliyi tərəfindən Quran müshəfləri, xüsusi ilə də Şəriq-Asiyanın cəbunda aparılan Quran araşdırmaları və Müshəf nüsxələri barədə məlumat bazası yaradılır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın Dini İşlər Nazirliyi tərəfindən Quran müshəfləri, xüsusi ilə də Şəriq-Asiyanın cəbunda aparılan Quran araşdırmaları və Müshəf nüsxələri barədə məlumat bazası yaradılır.

Quran və din araşdırmaçıları, xüsusi ilə də Qurani-Kərim elmləri və nüsxələri barədə tədqiqat işləri ilə məşğul olan alimlər bu bazanın saytından istifadə edə biləcəklər.

Quran Elmləri Elektron Məlumat Bazasının açılış mərasimində İndoneziyanın Din İşlər Naziri Loğman Həkim Seyfuddin iştirak edib.

Açılış mərasimi İndoneziyanın Cakarta şəhərinin Taman Mini rayonunun Beytul-Quran və İstiqlal muzeyi kompleksində keçirilib.

Quran Elmləri Elektron Məlumat Bazasının açılış mərasimində İndoneziya standartlarına uyğun və Osmanlı rəsmülxətti əsasında tərcümə və nəşr edilmiş Qurani-Kərim nüsxəsinin də təqdimatı keçirilib.

İndoneziyanın Müshəflərin çapı və nəşrinə nəzarət komitəsi tərəfindən idarə edilən Quran məlumat bazasında əlyazma nüsxələr, müxtəlif çap Quranları, Bril əlifbası ilə yazılmış Quran nüsxələri və Quranın müxtəlif elektron versiyaları araşdırmaçıların əlçatımında olacaq.

Beş il müddətində işlənib hazırlanmış bu bazada hazırda 327 əlyazma Quran nüsxəsi, 272 müxtəlif çap nüsxəsi, 10 elektron nüsxə və 3 Bril nüsxəsi mövcuddur.  

https://iqna.ir/fa/news/3852468

captcha