IQNA

İngiltərədə Fələstinə dəstək aksiyası keçirildi

9:44 - May 12, 2019
Xəbər sayı: 3485118
Fələstinə dəstək aksiyasında iştirak edənlər əvvəlcə BBC peyk televiziya xəbər kanalı və informasiya agentliyinin binası qarşısında və daha sonra isə İngiltərənin prezident aparatının qarşısında toplaşıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "felesteen.ps" informasiya portalına istinadla verdiyi xəbərə görə, İngiltərə vətəndaşları dünən, həftənin Şənbə günü, 11 May 2019-cu il, paytaxt Londonda "bədbəxtçilik günü" (Fələstinlilərin öz torpaqlarından qovulduğu gün) mərasiminin 71-ci ildönümünün yaxınlaşması münasibəti və Fələstin xalqına dəstək hədəfi ilə genişmiqyaslı aksiyalar keçirdilər.

Fələstinə dəstək aksiyasında iştirak edənlər əvvəlcə BBC peyk televiziya xəbər kanalı və informasiya agentliyinin binası qarşısında və daha sonra isə İngiltərənin prezident aparatının qarşısında toplaşıblar.

İngiltərənin "Müharibəni Saxlayın", "İngiltərə İslam Birliyi" və "Əqsa Dostları" təşkilatlarının həmkarlığı ilə keçirilən aksiyada iştirak edənlər Fələstin xalqının hüquqlarının qorunması, Fələstinə azadlıq və didərginlərin qaytarılması kimi şüarlar səsləndirərək "əsrin müqaviləsi" layihəsinə etiraz ediblər.

Onlarla ictimai təşkilat və qrumlar aksiyaçıları dəstəkləyiblər. Habelə aksiyaçılar arasında Rasel Luyid, Andi Sluter və Riçard Bergin kimi İngiltərə parlament nümayəndələri də görünüb.   

http://iqna.ir/fa/news/3810674

captcha