IQNA

Qəzzənin qərb sahillərində "hüzn zəngi" çalındı

23:31 - May 15, 2018
Xəbər sayı: 3483173
Qüds kilsələrinin informasiya məsulu keşiş Rüfət Bədr bu barədə dedi: Qüds kilsələrinin keşişlərindən və idarə heyəti nümayəndələrindən heç biri Amerika səfirliyinin açılışında iştirak etmədilər.

Qəzzənin qərb sahillərində İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "nikbət günü"nün (səfalət, bədbəxtçilik) yetmişinci il dönümündə Qəzzənin qərb sahillərinin bütün məscid və kilsələrinin səsucaldıcılarından "hüzn zəngi" səsləndirildi.

Fələstinin işğalını simvolizə edən "nikbət günü" münasibətilə məscid və kilsələrdən çalınan "hüzn zəngi" yetmiş saniyə davam edib.

Bu gün, həftənin ikinci günü, 15 May 2018-ci il, bütün Fələstində "nikbət günü" kimi qeyd edilir. Buna görə qərb sahillərinin bütün məscid və kislələrində Fələstin xaqlının vətən dərdi və qüssəsini tərənnüm edən "hüzn zəngi" çalınır.

Qüds kilsələrinin informasiya məsulu keşiş Rüfət Bədr bu barədə dedi: Qüds kilsələrinin keşişlərindən və idarə heyəti nümayəndələrindən heç biri Amerika səfirliyinin açılışında iştirak etmədilər.

http://iqna.ir/fa/news/3714764

captcha