IQNA

İranın əlyazma Quran nüsxəsi Şarcənin sərgisində

10:42 - April 11, 2016
Xəbər sayı: 3480322
Tehran, 11.04.2016 – BƏƏ-nin "Kitab İdarəsi" müxtəlif Quran nüsxələrini ehtiva edən sərgi düzənləyib. "Siracul-Həzarat" adı ilə qurulan sərgidə İranın da nadir əlyazma Quran nüsxələri sərgiyə qoyulub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "emirate247" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, BƏƏ-nin "Kitab İdarəsi" Quran-Kərimin qədim tarixə malik əlyazma nüsxələrini ehtiva edən Quran sərgisi düzənləyib. "Siracul-Həzarat" (Sivilizasiya və Mədəniyyətlər Çırağı) adı ilə qurulan sərgidə İranın da nadir əlyazma Quran nüsxələri sərgiyə qoyulub.

"Siracul-Həzarat" (Sivilizasiya və Mədəniyyətlər Çırağı) sərgisi BƏƏ-nin "Şarvə İrsi Festivalı"nın 14-cü turu münasibəti ilə keçirilir və Aprel ayının axırlarındək Şarcə şəhərində öz işinə davam edəcəkdir.

Bu sərginin özünü göstərən və fərqlənən əsərlərindən biri də Quran-Kərimin 19-cu əsrdə İran xəttatları tərəfindən yazılmış və bəzədilmiş əlyazma nüsxəsidir.

Sərgidə Misrin çapa verilən ilk kitabı, müxtəlif ölkələrin padşahlıqları və imperatorluqları zamanı yazılmış Quran nüsxələri sərgilənmişdir.

Burada Osmanlı, Britaniya, Fransa, Hollandiya, İtaliya və İrandan gətirilmiş Quran nüsxələri səgiyə qoyulub.

http://iqna.ir/fa/news/3487439


captcha