İQNA - Nyu-Yorkun seçilmiş meri Tramp ilə görüşdən sonra keçirdiyi birgə mətbuat konfransında bildirib ki, İsrailin Qəzzada törətdiyi soyqırımı qarşısında susmaq olmaz. O deyib ki, ABŞ maliyyə və hərbi dəstəyi davam etdirdiyi müddətdə bu cinayətlərə şərik olacaq.
İQNA - Qurani-Kərim ayələrində və məsum imamların (ə) rəvayətlərində istiğfar və Allahdan bağışlanma diləmək çox təkid edilmiş və üstün bir ibadət kimi təqdim olunmuşdur.
İQNA - Yaponiya İslam Mərkəzi 2025-ci ildə keçiriləcək Qurani-Kərimin tilavəti və hifzi üzrə 26-cı illik müsabiqənin qeydiyyat detalları, eləcə də ilkin və final mərhələləri barədə məlumat yayıb.
İQNA - İslam İncəsənəti Günü ilə eyni vaxtda, Həzrət Abbas (ə) Hərəminə bağlı “Əl-Kəfil” Xəzinələr və Əlyazmalar Muzeyi nadir bir Kerman xalçasını təqdim edib. Bu qiymətli əsər pambıq və yun saplardan böyük dəqiqlik və zərifliklə toxunub.
İQNA - Əl-Əzhər Dünya Məzunları Təşkilatı “Gözəl Səslər” adlı Quran müsabiqəsinin keçirilməsi üçün Əbül-Əynin Xeyriyyə Fondunun əməkdaşlığı ilə tədbir təşkil edib və bu yarışlar müxtəlif millətlərdən olan Əl-Əzhər tələbələri tərəfindən böyük maraqla qarşılanıb.
İQNA - İngiltərənin baş naziri Kiyer Starmer ölkədəki məscidlərin və İslam məktəblərinin qorunmasının artırılacağını vurğulayaraq bildirib ki, müsəlmanlara qarşı nifrət zəminində törədilən cinayətlərə bu ölkədə yer yoxdur.
İQNA - Misirin Qəna şəhərindən olan Fatimə Atiytu savadsız olmasına baxmayaraq, 80 yaşına yaxın bir müddətdə Qurani-Kərimin tamamını əzbərləməyi bacarıb.
İQNA – Baxmayaraq ki, Quran hamı üçün hidayət kitabıdır, hidayət qapısı hamının üzünə açıqdır, amma yalnız qəlbini hazırlayan — yəni fikri və ruhi cəhətdən təqva sahibi olan — insanlar ondan maksimum faydalanır.
İQNA - CNN-in məlumatına görə, ABŞ prezidenti Donald Tramp, Nyu-York şəhərinin mer seçkilərində qalib gəlmiş müsəlman meri Zöhran Məmdani ilə görüşəcək. Bu görüş tərəflər arasındakı uzunmüddətli gərginliyin sona çatdırılmasına səbəb ola bilər.
İQNA - Fələstinli Məhbuslarla İş üzrə Media Ofisinin yayımladığı hesabata əsasən, 7 oktyabr 2023-dən bəri Sionist rejimin həbsxanalarında 98 fələstinli şəhid olub.
İQNA – Həzrət Abbas (ə) Hərəminə bağlı Qurani-Kərim Elmi Cəmiyyəti Kərbəla vilayətinin məktəblərindən olan bir qrup şagirdin iştirakı ilə “əs-Səqəleyn” adlı ilk qrupvi Qurani-Kərim müsabiqəsinin birinci mərhələsini təşkil edib.