İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Bombey şəhərində yaşayan Pandit Ram Sagar Tripathi öz şəxsi kitabxanasında müqəddəs kitabların cəmində Qurani-Kərimə də yer vermişdir.
O, öz mənzilindəki şəxsi kitabxansında Qurani-Kərimin İngilis, Urdu və Hindi dillərində tərcümə nüsxələrini saxlayır.
Pandit Ram Sagar Tripathi Bombey şəhərinin cənubunda yaşayan xoşzövqlü və səliqəli incəsənət adamıdır ki, son zamanlarda yeni əsərləri toplusunda Həzrət Xatəmul-Ənbiyanın (s) mədhi və şənində şer yazmışdır.
Onun 68 yaşı var. Evində onlarla tərifnamə və təqdirnamələr vardır. Onun ailəsi "Ayudiya" rayonunda hindu məbədinin xidmətçisi və idarəçisidirlər.
O, öz şəxsi kitabxanasında müxtəlif dinlərin müqəddəs kitabları arasında Qurani-Kərimə xüsusi yer vermiş və bu kitabı Hindu ayininin müqəddəs kitabları olan "Buqavat Gita" və "Ramaniya" kitablarının kənarında saxlayır.
Onun evində müsəlman qonaqları üçün namaz və dua etməyə xüsusi yer ayrılmışdır. Evinə gələn qonaqlarından onun üçün də dua etmələrini istəyir.
http://iqna.ir/fa/news/3723372