İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hollandiyanın hicablı xanım polisi öz iş yerində dini ayrı-seçkilik zəminində ona qarşı tətbiq edilən məhdudiyyətlərlə və qoyulan qadağalarla bağlı bu ölkənin insan hüquqları komisiyasına şikayət etdi.
Bu xanım polisin vəkili Bətul Özatəş müvəkkilinin şikayətinin əsas cəbəbi barədə çıxış edərək dedi: Müvəkkilimin şikayət etməsinin səbəbi budur ki, ona iş yerində polis forması ilə birgə dini hicabından istifadə etməyə icazə vermirlər. Bu qadağa bir növ dini ayrı-seçkilikdir və buna görə də məhkəmə və qanun yolu ilə araşdırılmalıdır.
Bətul Özatəş vurğuladı: Mənim müvəkkilimə deyiblər ki, polis formasından istifadə etmək üçün hicabını çıxarmalısan. Müvəkkilim isə bu əmrə qarşı gəlib. Mənim fikrimcə bütün polis zabitləri bərabər hüquqa və dini azadlığa malik olmalıdırlar.
O, bu şikayətin nəticəsi barədə cari ilin Noyabr ayında cavab gələcəyini vurğulayaraq dedi: Mən inanıram ki, müsəlman bir xanım üçün iş yerində hicab məhdudiyyəti yaratmaq düz iş deyil və bir növ dini ayrı-seçkilikdir. Ümidvaram ki, Hollandiyanın insan hüquqları şurası bu barədə ədalətli qərar verəcəkdir.
http://www.iqna.ir/fa/news/3654631