İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam İnqilabının böyük rəhbəri və dünya müsəlmanlarının ali dini lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xamenei cənabları Myanmanın məzlum və qaçqın müsəlmanlarına 10 milyard riyal kömək büdcəsi ayırıb.
İran İslam İnqilabının böyük rəhbəri və dünya müsəlmanlarının ali dini lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin dəftərxanasının yaydığı məlumatda deyilir ki, İran İslam Respublikasının Qızıl Aypara cəmiyyətinin Ali Dini Liderə myanmalı qaçqınların vəziyyətinin ağır olduğu və qaçqın düşərgələrində müxtəlif problemlərini yaşadıqları barədə yazdığı məktubun ardınca Həzrət Ayətullah Xamenei cənabları ruhingiyalı məzlum və qaçqın müsəlmanlara kömək üçün 10 milyard riyal (250 min dollar) büdcə ayırıb.
http://www.iqna.ir/fa/news/3654046