IQNA

Peyğəmbərin (s) nəslinə aid edilən Quran əlyazmasının Məscidül-Əqsada saxlanması

5:04 - March 31, 2024
Xəbər sayı: 3495710
İQNA - İşğal altında olan Qüdsdəki Əl-Əqsa məscidinin İslam Muzeyində nadir əlyazmalar saxlanılır ki, bunlar arasında İslam Peyğəmbərinin (s) övladları tərəfindən kufi xətti ilə yazılmış Qurani-Kərimin əlyazmasını qeyd etmək olar.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, arxeologiya üzrə ekspert İsmayıl Şaravnə deyir ki, Qurani-Kərimin Peyğəmbər (s) nəslindən olan birinin vasitəsi ilə yazılmış əlyazması işğal altındakı Qüds şəhərində Əl-Əqsa məscidinin İslam muzeyində və bəlkə də bütün dünyada ən qədim əlyazmadır".

Şəravənə əlavə etdi: "Bu əlyazma İslam Peyğəmbərinin (s) nəslindən olan Seyid Həsən ibn Hüseyn ibn Əli ibn Əbi Talib (ə) tərəfindən yazılmışdır ki, o, bunu ceyran dərisi üzərində öz əli ilə yazmışdır".

Bu nüsxənin yazılması, vərəqlərin nömrələnməsi, durğu işarələri və ayələrin bir-birindən ayrılmasında əbcəd hesablanması haqqında qədim əsərlərin mütəxəssisi belə demişdir: Bu müshəfdə nöqtələr və işarələr yox idi. Əcəmlər İslamı qəbul edəndə edilmişdir. Ona nöqtələrin və işarələrin qoyulması Əmirəlmöminin Əlinin (ə) səhabələrindən olan Əbul Əsvəd Dueli zamanında və Əcəmlər İslamı qəbul etdikdə edilib. Bundan sonra nəğmə Quran oxunuşunda meydana çıxdı və Quran ayələrinin mənasını dəyişəcək bir nöqtəyə gəldi. Ona görə də ayələrə qara və qırmızı nöqtələr qoyurlar ki, hərflər bir-birindən fərqlənsin. Qara nöqtələr ba və ta və sə, cim və ha və xa, sin və şin və buna bənzər hərfləri tanımaq üçün istifadə edilən Əcəm nöqtələri kimi tanınırdı. Amma qırmızı nöqtələr erablar, yəni zəmmə, fəthə, kəsrə və tənvin kimi istifadə olunurdu.

4207454

captcha