IQNA

Quranda Ramazan / 7

Ramazan ayının müstəhəb əməlləri

13:14 - March 26, 2024
Xəbər sayı: 3495692
İQNA – Ramazan ayının hilalının göründüyü andan bu ayın sonuna qədər onun üçün hədislərdə çoxlu əməl və dualar nəql olunmuşdur.

Bu ayın ən mühüm əməli oruc tutmaqdır. Deyilir, ilk Həzrət Nuh (ə) idi ki, Ramazan ayında gəmidən çıxandan sonra oruc tutdu. Fəxr Razinin fikrincə, bəlkə də Allah ayələrinin ən böyüyü olan Quranın bu ayda nazil olması səbəbindən böyük ibadətlərdən olan orucu bu aya həsr etmişdir.

Həzrət Peyğəmbər (s) bu ayda Quran tilavətinə xüsusi diqqət yetirmişdir. Bundan əlavə, bu ayın gecələrində, xüsusən də son on gecədə oyaq qalmaq və ibadət və dua etmək çox tövsiyə olunur. Bu ayda sədəqə üçün çoxlu savablar bildirilmişdir. Həmçinin Ramazan ayında təsbih etmək digər aylardakı təsbihdən üstün sayılır. Bu ayın son ongünlüyündə etikaf etmək də tövsiyə olunur. Hədislərə əsasən, Qədr gecəsi bu ayda olduğu və Ramazan ayının qəlbi Qədr gecəsi olduğu üçün bu gecədə oyaq qalmaq, namaz qılmaq, elmdən bəhs etmək çox tövsiyə olunur.

Ramazan ayının hilalının görünməsindən tutmuş bu ayın axırına qədər və Fitr bayramı gecəsi olan Şəvval ayının hilalının görünməsinə qədər bir çox müstəhəbb əməllər, dualar və namazlar hədislərdə nəql olunmuşdur. Onların ən mühümlərindən bəziləri bunlardır: Ramazan ayının hilalını görən vaxt dua etmək, Ramazan ayının ilk gününün duası, bu ayın hər günü üçün dua və bu ayın günləri üçün dua və təsbihat demək, müstəhəb namazlar və bu ayın hər gecə-gündüzünün namazından sonra müxtəlif dua və zikrlər, oyaq qalmaq və əhya saxlamaq və bu ayın iyirmi birinci və iyirmi üçüncü gecələrində yüz rükət müstəhəb namaz qılmaq, iftar zamanı edilən dualar və bu ayın hər gecəsi üçün edilən dualar.

captcha